Helikopter qəzası ürəyimizi parçaladı - Bayraqdar

Helikopter qəzası ürəyimizi parçaladı - Bayraqdar


Dünən Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı. Can Azərbaycanın dərdini ürəkdən paylaşırıq.

TTVXEBER.COM xəbər verir ki, bunları Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Tvitter hesabında bildirib.

“Şəhid olan qəhrəman hərbçilərimizin ruhu şad, məkanı cənnət olsun. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram. Türk millətinin başı sağ olsun”, - Bayraqdar vurğulayıb.

Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər həlak olub. Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA