Xəbər verdiyimiz kimi, bugün Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, ikisi yaralanıb.
TTVXEBER.COM xəbər verir ki, yaralılar hazırda Dövlət Sərhəd Xidməti Hospitalında müalicə alırlar.
Yaralılardan biri hərbi pilot, polkovnik-leytenant Emil Cəfərovun qohumlarının verdiyi məlumata görə, qəza nəticəsində onun sol qolu sınıb və digər xırda xəsarətləri var. konkret.az
Hazırda vəziyyəti stabildir.
|
|
SAYTDA REKLAM YERLƏŞDİR
|
|