İqtisadiyyat Nazirliyinə məxsus şirkətlə bağlı - QƏRAR

İqtisadiyyat Nazirliyinə məxsus şirkətlə bağlı - QƏRAR


Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti Təchizat Birliyi” MMC-nin fəaliyyətinin təmin edilməsi haqqında ölkə konstitusiyasını rəhbər tutaraq və İqtisadiyyat Nazirliyinin təklifini nəzərə alaraq qərar qəbul edib.

TTVXEBER.COM-un mılumatına görə, qərarda deyilir ki, şirkətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1%-ə qədəri, həmçinin, mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25%-i həddində müəyyən edilir.

Xatırladaq ki, “Tikinti-Təchizat Birliyi”nin yaradılması Prezident İlham Əliyevin bu il iyunun 26-da imzaladığı fərmanda öz əksini tapıb.

Fərmana əsasən, yeni şirkət İqtisadiyyat Nazirliyinin tabeliyindəki Təsərrüfat Müəssisəsi və nazirliyin strukturuna daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” MMC-nin əsasında yaradılmalıdır.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA