“İti qovan kimi qovdular səni ...” - Elnarədən jurnalistə SƏRT SÖZLƏR + FOTO

“İti qovan kimi qovdular səni ...” - Elnarədən jurnalistə SƏRT SÖZLƏR + FOTO


Xəbər verdiyimiz kimi, bu gün müğənni Elnarə Xəlilovanın DSX-də işləyən həyat yoldaşı mayor Rövşən Cahangirovun jurnalistə yumruq atma xəbəri yayılıb.

“Baku TV”də çalışan tanınmış jurnalist Tural Müseyibov DSX rəisi Elçin Quliyevdən helikopter qəzasının səbəbləri ilə bağlı açıqlama almaq istəyən zaman xoşagəlməz hadisə baş verib.

TTVXEBER.COM xəbər verir ki, bununla bağlı müğənni açıqlama verərək jurnalisti tənqid edib:
konkret.az

“Arvadını da tanımıram ki, soruşum mənim ərim müharibədə olanda sən harda idin? Sən kimsən? Nəçisən? Həmkarsan? Yoxsa korsan? Ay yersiz, axı sənə yerini göstərdilər, dedilər gözlə hamı kimi – hamı üçün ayrılmış yer və vaxt var. Yoxsa elə bilirsən, Mirşahinsən? Mirşahinin heç “m” hərfi də ola bilməzsən. İti qovan kimi qovdular səni nazirlikdən. Ay like dalınca qaçan “zurnalist”. Əgər sənə zor tətbiq edilsəydi – bunu çalışdığın kanal yayımlayardı. Əzik kimi fb səhifəndə paylaşmazdın. Kim də bilməsə, biz yaxşı bilirik operatorların o fəndlərini. Heç olmasa, Şəhidə hörmət qoyardın, ay fərsiz. Mən nədən danışıram axı? Şəhidə hörmət? Vətən müharibəsində Şəhidə gey deyən sən deyildin? Səni hamıdan çox müdafiə edən də mən. İndi sən guya bizi tanımırsan. Ar olsun sənin kimi zurnalistlərə. Vətənin üz qarasısınız siz. Atdığınız bütün şər və böhtana görə cavab verəcəksiniz” – deyə Elnarə qeyd edib.



SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA