Mi-17 qəzası: Baş Qərargah rəisi və xanımı həlak oldu

Mi-17 qəzası: Baş Qərargah rəisi və xanımı həlak oldu


Hindistanın Tamil Nadu ştatının cənubunda helikopter qəzası baş verib.

TTVXEBER.COM xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilir ki, helikopterdə ölkənin Baş Qərargah rəisi general Bipin Ravat da olub.

63 yaşlı Ravatın vəziyyəti ilə bağlı məlumat verilməsə də, 3 nəfərin yaralandığı bildirilir.

AFP-nin məlumatına görə, Ravat həyat yoldaşı və bəzi digər ordu zabitləri ilə birlikdə helikopterdə olub.

***

Hindistan ordusunun Baş Qərargah rəisi Bipin Ravat Rusiya istehsalı olan Mi-17V5 markalı helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

Bu barədə Hindistanın müdafiə naziri Raçnat Sinqh bildirib.

Onun sözlərinə görə, Baş Qərargah rəisinin həyat yoldaşı və daha 11 hərbçi helikopter qəzasında ölüb.
axar.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA