Müğənni Elnarə Xəlilovanın mayor həyat yoldaşı jurnalistlərə yumruq atdı - ANBAAN VİDEO

Müğənni Elnarə Xəlilovanın mayor həyat yoldaşı jurnalistlərə yumruq atdı - ANBAAN VİDEO


Bu gün Dövlət Sərhəd Xidmətinin şəhid olan hərbi qulluqçuları ilə vida mərasimi zamanı gərginlik yaşanıb. Belə ki, mayor Rövşən Cahangirov DSX rəisi Elçin Quliyevdən açıqlama almaq istəyən jurnalistlərə yumruq atıb.

TTVXEBER.COM xəbər verir ki, bu barədə konkret.az-a Baku tv-nin əməkdaşı Tural Müseyibov məlumat verib.

O bildirib ki, “qoluzorlu” mayor jurnalistləri həmin ərazidən də çıxarıb. DSX rəisinin müdaxiləsindən sonra məsələ həll olunub, lakin açıqlama almaq mümkün olmayıb.

Qeyd edək ki, DSX-nin mayoru Rövşən Cahangirov, müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Müğənni Elnarə Xəlilova isə DSX-nin orkestrinin solistidir və leytenant rütbəsi daşıyır.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA