“Omikron” daha iki ölkəyə çatdı

“Omikron” daha iki ölkəyə çatdı


Koronavirusun “Omikron” ştammı Qana dövlətində qeydə alınıb.

Virus Nigeriyadan və CAR-dan gələn şəxslərdə aşkarlanıb. Qananın səhiyyə naziri Kvaku Ajiman-Manu 2022-ci ilin yanvarına qədər ölkədə vaksinasiyanın sürətini artırmaq niyyətində olduqlarını bildirib.

İrlandiyada da “Omikron” ştammına yoluxma aşkar edilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Virusun sözügedən variantının bir nəfərdə müəyyən edildiyi bildirilir. Həmin şəxs İrlandiyaya virusun müəyyən edildiyi yeddi Afrika ölkəsinin birindən gəlib.
TASS

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA