Qarabağda ermənilərə məxsus mobil rabitə və internet işləmir – Ruslardan kömək istədilər

Qarabağda ermənilərə məxsus mobil rabitə və internet işləmir – Ruslardan kömək istədilər


Azərbaycan Dağlıq Qarabağda mobil rabitəni və interneti kəsib.

TTVXEBER.COM xəbər verir ki, bu barədə informasiyanı qondarma rejimin “ombudsmanı” Qeqam Stepanyan yayıb.

Onun sözlərinə görə, bu problem bu ilin avqustunda yaranıb:

“Bu məsələ artıq Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə təqdim edilib. Sonra problem həll olunub, lakin Azərbaycan rəsmilərinin Şuşaya səfərindən sonra yenidən aktuallaşıb. Bir aya yaxındır ki, “Artsax”da rabitə ciddi fasilələrlə işləyir. Rabitə problemi təmas xəttinin bilavasitə yaxınlığında yerləşən yaşayış məntəqələrində daha kəskindir, bəzi icmalarda isə ümumiyyətlə əlaqə yoxdur”, – deyə o, qeyd edib.

Onun fikrincə, mobil rabitə və internetə çıxış azərbaycanlılar tərəfindən bilərəkdən bloklanır, telekommunikasiya şirkətlərinin istifadə etdiyi tezliklərə və texniki vasitələrə təsir edilir. Bizim.media

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA