Ərdoğanın qayçı kolleksiyası - FOTOLAR

Ərdoğanın qayçı kolleksiyası - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu vaxtdan başlayaraq bu günə qədər açılış və təməlqoyma mərasimlərində istifadə etdiyi 800-dən çox qayçı və lentlər nümayiş etdirilib.

TTVXEBER.COM xəbər verir ki, 18 illik qayçı kolleksiyası Türkiyə Prezidentinin rəsmi iqamətgahında Konqres və Mədəniyyət Mərkəzində jurnalistlər üçün sərgiyə çıxarılıb.

Bildirilir ki, qayçı kolleksiyasının birinci nümunəsi Ərdoğan tərəfindən 2003-cü il sentyabrın 22-si istifadə etdiyi qayçı, ən sonuncu nümunəni isə Türkiyə Prezidentinin bu il Nyu-Yorkda “Türkevi”nin açılışında istifadə etdiyi qayçı təşkil edib.

Bununla yanaşı qeyd olunur ki, açılışlarda istifadə olunan lentlər 2007-ci ilə qədər qırmızı, ondan sonra isə firuzəyi rəngdə olub.





SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA