“Rusiya və Ukrayna müharibəyə başlasa, Ankara Kiyevin tərəfini tutmayacaq” - Ərdoğanın "manevr" taktikası

“Rusiya və Ukrayna müharibəyə başlasa, Ankara Kiyevin tərəfini tutmayacaq” - Ərdoğanın "manevr" taktikası

“Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar başlasa, Ankara Kiyevin tərəfini tutmayacaq”

TTVXEBER.COM xəbər verir ki, bu narədə məlumatı “Bloomberg” nəşri yayıb.

Agentliyin adı açıqlanmayan mənbəsinin məlumatına görə, Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlmək istəməməsi Ərdoğanın xarici siyasətdəki “manevr” taktikasını əks etdirir.

“Bloomberg”in məlumatına görə, hətta Ankaranın NATO-ya üzv olması və Ukrayna tərəfi ilə hərbi əməkdaşlığı gücləndirməsi, eləcə də “Bayraktar TB2” pilotsuz təyyarələrini Kiyevə satması da Türkiyənin Rusiya ilə qarşıdurmaya getməmək qərarına təsir göstərməyəcək.

“Türkiyə Ukraynadakı addımlarını Vaşinqtonla əlaqələndirmir və öz maraqlarını qorumaq üçün müstəqil hərəkət edir” – mənbə bildirib.
konkret.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA