Xameneinin ətrafında münasibətlər gərginləşir: ən yaxın adamı kənarlaşdırıldı

Xameneinin ətrafında münasibətlər gərginləşir: ən yaxın adamı kənarlaşdırıldı

Vəhid Həqqanianın postundan azad edilməsi ilə Xameneinin ofisində ixtilaflar və güc oyunu yeni mərhələyə daxil olub.

TTVXEBER.COMAzad İran”a istinadən xəbər verir ki, Sərdar Vəhid olaraq tanınan Vəhid Həqqanian illər boyu Əli Xameneinin diktatura rejiminə və onun idarəsinə ən yaxın şəxslərdən biri olub. Həqqanian son illərdə Əli Xameneinin ofisində icraçı vəzifəsində çalışıb və İslam Cümhuriyyətinin siyasi və hərbi qərarlarının alınmasında, habelə rejimin iqtisadi korrupsiyasında olduqca ciddi nüfuza sahib olub. Bu nüfuz o qədər yüksək səviyyədə olub ki, hətta rejimin bir çox cinayətləri birbaşa onun məsləhəti ilə gerçəkləşib.

Qeyd edək ki, Həqqanianın vəzifəsindən uzaqlaşdırılmasına səbəb olan ixtilaflar cari ilin prezident seçkilərindən və formal namizədləri, o cümlədən İbrahim Rəisinin rəqibsiz bir seçkini udmasını tənqid etməsindən sonra kəskinləşib. Həqqanian bu tənqidində dolayı yolla 1400-cü il (2021) prezident seçkilərini rəqabətsiz və qeyri-gerçək adlandırıb.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA