2 NƏFƏRİN öldürülməsinə görə 51 nəfər EDAM OLUNACAQ - Məhkəmə ...

2 NƏFƏRİN öldürülməsinə görə 51 nəfər EDAM OLUNACAQ - Məhkəmə ...


BMT-nin iki rəsmisinin öldürülməsinə görə, 51 nəfər edam olunacaq.

TTVXEBER.COM xatırladır ki, BMT nümayəndələri 2017-ci ildə Demokratik Konqo Respublikasında öldürülüb.

Konqonun 4-cü ən böyük şəhəri Kananqada amerikalı Mixail Şarp və isveçli Zaida Katalanın öldürülməsi ilə bağlı 4 ildir davam edən məhkəmə 54 nəfərdən 51-nin edam olunmasına qərar verib.

Məhkəmə prosesində mühakimə olunanlardan 22-si fərari olduğundan onlar haqqında qiyabi hökm çıxarıb.

2017-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Kasai bölgəsində polislə hökumət qüvvələri arasında baş verən toqquşmalardan sonra kütləvi məzarlıq xəbərlərini araşdırmaq üçün ekspert qismində Şarp və Kataloniyaya tapşırıq vermişdi.

Kasai bölgəsində toqquşmalar 2016-cı ildə lulula etnik qrupuna daxil olan Kamuina Nsapu milislərinin lideri Jan-Piere Mpandinin polis tərəfindən öldürülməsi ilə başlayıb. Bunun üzərinə Kamuina Nsapu üsyanı adlanan hadisələr başlayıb və silahlı qrupun üzvləri 2017-ci ilin ortalarına qədər 3400-ə yaxın adam öldürüb.

Konqo rəsmilərinin bildirdiyinə görə, Şarp və Katalan 2017-ci il martın 12-də bölgədə araşdırma apararkən oğurlanıb və həmin gün öldürülüb. Hadisədən 16 gün sonra Şarp və Katalan üçün tərcüməçi işləyən Betu Tşintela da daxil olmaqla 3 nəfərin cəsədi tapılıb. Məlumata görə, İsveçin Yaşıllar Partiyasının üzvü olan Katalanın başı kəsilib.

2017-ci ilin iyun ayında BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) sızdırılan hesabatda qətllərin “qəsdən planlaşdırılmış tələ” olduğu və hadisədə dövlət təhlükəsizlik qüvvələrinin rolunun ola biləcəyi iddia edilib. BMT-nin baş katibi Antonio Quterreş şoka düşdüyünü və “Ədalətin bərqərar olması üçün əlimizdən gələni edəcəyik”,-deyib.

İş üzrə mühakimə olunan əsas fiqurlardan biri milislərlə əməkdaşlıq edərək sursat təmin etdiyi iddia edilən polkovnik Jean de Dieu Mambveni idi. Ona qarşı irəli sürülən ittihamları rədd edən və ölüm cəzasına məhkum ediləcəyi ehtimal olunan Mambveni “itaətsizlik” maddəsi ilə 10 il həbs cəzası alıb.

Mühakimə olunan demək olar ki, bütün “Kamuina Nsapu” yaraqlıları ölüm cəzasına məhkum edilib. Bir jurnalist və bir polis məmuru isə sərbəst buraxılıb.
(teleqraf.com)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA