21 il edamını gözlədi: Ölməzdən əvvəl görün nə istədi? vəhşicəsinə...

21 il edamını gözlədi: Ölməzdən əvvəl görün nə istədi? vəhşicəsinə...


ABŞ-ın Oklahoma ştatında 2001-ci ildə oteldə oğurluq zamanı iki nəfəri öldürən cinayətkar edam edilib.

TTVXEBER.COM-un xarici mediaya istinadla məlumatına görə, 46 yaşlı Donald Qrant Bruklində övladlığa götürülən ailədə böyüyüb. 2001-ci ildə 29 yaşlı Brenda Makelia və 43 yaşlı Felitsiya Syuzett Smiti vəhşicəsinə qətlə yetirən kişi həbsxanaya düşüb. Qrant 21 il idi ki, ölüm hökmünün icrasını gözləyirdi.



Edam günü yanvarın 26-na təyin edilib. Ənənəyə görə, ABŞ-ın bir sıra ştatlarında məhbuslar son yemək üçün menyunu özləri seçmək hüququna malik olduğundan, Qrant öz istəyini açıqlayıb. O, küncüt ilə qızardılmış düyü, toyuq əti və krevetka, altı yumurta rulonu, almalı pirojna və çiyələkli dondurma istəyib.

Son nahardan sonra Qrant 18 şahidin iştirakı ilə edam edilib, onların arasında onun öldürdüyü insanların qohumları da var.
(lent.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA