3 hərbçini qətlə yetirən MAXE haqqında MƏLUMAT - FOTOLAR

3 hərbçini qətlə yetirən MAXE haqqında MƏLUMAT - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin Qubadlıda yerləşən zastavalarından birində 3 hərbçinin ölümü ilə nəticələnən hadisəni törədən şəxsin, eyni zamanda zərərçəkənlərin kimliyi bəlli olub.

TTVXEBER.COM xəbər verir ki, hadisəni törədən Elxan Məhəmməd oğlu Əvəzli İmişli rayonundandır.

Onun qətlə yetirdiyi baş leytenant Yusif İsmayıl oğlu İsmayılov və kiçik gizir Rəfail Natiq oğlu İbrahimov Mingəçevir şəhərindən, kiçik gizir Amin Fuar oğlu Cəlilzadə isə Siyəzən rayonundandır.

Hadisəni törədən Elxan Əvəzli də kiçik gizirdir. O, iki il idi DSX-da işləyirmiş.

Elxan Əvəzlinin axtarışları davam edir.

Qeyd edək ki, qətli törədən və qətlə yetirilən hərbçilərin dördü də subaydır.
Bizim.media





SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA