Amerikalı milyarder "ölümsüzlük həbi"nə 3 milyard dollar...

Amerikalı milyarder "ölümsüzlük həbi"nə 3 milyard dollar...


Amerika
lı milyarder, “Amazon” şirkətinin banisi Ceff Bezos qocalmaya və ölümə qalib gələ biləcək dərman preparatının yaradılması ilə məşğul olacaq Alitos Labs startapına 3 milyard dollar investisiya yatırıb.

TTVXEBER.COM Moderator.az-a istinadən xəbər verir ki, layihə planının məqsədi hüceyrələrin sağlamlığının bərpası, onların qocalmaya və və hətta əlilliyə gətirib çıxaran xəstəliklərə qarşı dözümlülüyü üzrə bioloji texnologiyanı işləyib hazırlamaqdır.

Alimlər hüceyrələrin yenidən proqramlaşdırılması, yəni onların yetişməsindən sonra cavanlaşdırılması prosesi sayəsində “ölümə qarşı dərman” yaratmağı planlaşdırır.

Nəzəri cəhətdən hüceyrələr get-gedə qocalan bədəni bərpa edə və hətta ağıl zəifliyi kimi yaşla bağlı dəyişiklikləri müalicə edə bilər.

Layihənin rəhbəri Britanitanın “GlaxoSmithKline” əczaçılıq şirkətinin sabiq baş elmi əməkdaşı, təbabət üzrə doktor Hel Berrondur.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA