"Antiterror əməliyyatı başlayıb, vəziyyətə yerli orqanlar nəzarət edir" - Qazaxıstan Prezidenti

"Antiterror əməliyyatı başlayıb, vəziyyətə yerli orqanlar nəzarət edir" - Qazaxıstan Prezidenti

Qazaxıstanın bütün regionlarında konstitusiya quruluşu bərpa olunub və vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir.

TTVXEBER.COM “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev deyib.

Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Tokayev cümə günü səhər Prezident Administrasiyası rəhbərliyi, Təhlükəsizlik Şurası və təhlükəsizlik qüvvələrinin iştirakı ilə terrorla mübarizə qərargahının iclasını keçirib.

Görüşdə ölkədəki əməliyyat vəziyyəti, antiterror əməliyyatının gedişi, regionlardakı vəziyyət müzakirə olunub.

“Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları gərgin iş aparır. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu əsasən bərpa olunub. Vəziyyətə yerli orqanlar nəzarət edir”, – məlumatda ​​bildirilir.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA