Ara qarışdı: Xomeyninin heykəlini yıxmaq istədilər...

Ara qarışdı: Xomeyninin heykəlini yıxmaq istədilər...


İranda İslam İnqilabının lideri Ayətullah Xomeyninin heykəli dağıdılıb.

TTVXEBER.COM xəbər verir ki, heykəli dağıdan şəxsin adı açıqlanmayıb və o, İran hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə İsfahan yaxınlığındakı Ardestan məntəqəsində baş verib.

Həmid Rza Tamoli adlı şəxs İran İslam Respublikasının qurucusu və ruhani lideri Xomeyninin əsas meydandakı heykəlinin hücuma məruz qaldığını bildirib. Bunu edən şəxsin şəxsiyyəti qısa müddətə müəyyən edilib və həbs olunub. Ancaq nə üçün etdiyi məlum deyil.

Qeyd edək ki, İranda bir müddət əvvəl bənzər hadisə yaşanmışdı. Belə ki, Bəxtiyari əyalətinə tabe olan Səhərkürd məntəqəsində Qasım Süleymaninin heykəli yanvarın 5-də yandırılmışdı. Rəsmilər heykəli yandıran şəxsi tutduqlarını və hətta onun agent olduğunu bildirmişdilər.
(teleqraf.com)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA