Armen Qriqoryandan ETİRAF: "Gəncənin bombalanması çox böyük səhv idi" - VİDEO

Armen Qriqoryandan ETİRAF: "Gəncənin bombalanması çox böyük səhv idi" - VİDEO

“Gəncənin bombalanması çox böyük səhv idi”.

TTVXEBER.COM erməni mediasına istinadla xəbər verir ki, bu barədə erməni ekspert Armen Qriqoryan açıqlama verib. O, 44 günlük müharibə zamanı oktyabrın 10-dan 11-nə keçən gecə Gəncənin bombalanmasını “böyük səhv” adlandırıb.

“Oktyabrın 10- dan 11-nə keçən gecə Ermənistan Gəncəni bombalayır, yatmış dinc Gəncə əhalisini raket atəşinə tutur. Mən indi öz fikirlərimi deyəcəm, bilirəm ki, çoxları məni qınayacaq, tənqid edəçək, vətənpərvər olmamaqda günahlandıracaq, amma mən bunu deməliyəm. Hesab edirəm ki, bu, çox böyük bir səhv idi”, – Qriqoryan bildirib.

O, Azərbaycana, ümumiyyətlə türklərə qarşı çıxışları ilə tanınır. Lakin bu çıxışı “divan qəhrəmanları” olan erməniləri həqiqətən özündən çıxarıb.

Sadə erməni xalqı isə Ermənistanın sosial-iqtisadi problemlərindən canını qurtarmaq üçün köçüb gedir, ölkəni həmişəlik tərk edir, hətta Azərbaycanda yaşamağı arzulayır.
(konkret.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA