Arvadını öldürüb, polisə itkin düşdüyünü dedi - Gizlətdiyi yer təəccübləndirir - FOTO

Arvadını öldürüb, polisə itkin düşdüyünü dedi - Gizlətdiyi yer təəccübləndirir - FOTO


Ukraynanın Krım vilayətinin polisi 58 yaşlı qadının dəhşətli qətlinin üstünü açmağa müvəffəq olub. Müstəntiqlər müəyyən ediblər ki, qadını əri öldürüb.

TTVXEBER.COM kp.ru-ya istinadən xəbər veri ki, izlərini gizlətmək üçün 63 yaşlı Simferopol sakini qadın meyitini qəbirstanlıqda gizlədib. Maraqlıdır ki, qadının əri özü hüquq-mühafizə orqanlarına müraciət edərək arvadının itkin düşdüyünü bildirib. Polis burada nəsə bir müəmma olduğu qənaətinə gəldikdən sonra həyat yoldaşının avtomobilini yoxlamaq qərarına gəlir. Avtomobildə qan izləri aşkar edilib. Ekspertiza onların itkin düşən qadına aid olduğunu göstərib. Polis ekspertizanın nəticələrini təqdim etdikdən sonra həmin şəxs qətli etiraf edib və arvadının meyitini qəbirstanlıqda gizlətdiyini bildirib. 
Milli.Az


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA