Azərbaycanda bir nəfərə düşən aylıq gəlir nə qədərdir? - FOTO

Azərbaycanda bir nəfərə düşən aylıq gəlir nə qədərdir? - FOTO


“2021-ci ildə ölkə əhalisinin nominal gəlirləri 57 milyard 181,5 milyon manat olub”.

TTVXEBER.COM bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata əsasən, əhalinin nominal gəlirləri 2020-ci illə müqayisədə 2,6 faiz artıb.

Hər nəfərə orta hesabla düşən nominal gəlir 5 708 manat və ya ayda orta hesabla 475,7 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 51 milyard 248,1 milyon manatlıq vəsait qalıb. Bu 2020-ci illə müqayisədə 1,1 faiz çoxdur.



Qeyd edək ki, 2020-ci ildə ölkə əhalisinin gəlirləri nominal ifadədə 55 milyard 726,1 milyon manatı təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlər 5 587,6 manat və ya ayda orta hesabla 465,6 manat olub. 2020-ci ildə bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 50 milyard 689,6 milyon manatlıq vəsait qalıb.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA