Azərbaycanda “Omicron” aşkarlanıb? - YENİ AÇIQLAMA

Azərbaycanda “Omicron” aşkarlanıb? - YENİ AÇIQLAMA

Azərbaycan Respublikasında yayılmış SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır.

TTVXEBER.COM-un məlumatına görə, bu barədə Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, bu çalışmada üstünlüyü sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən “xaricdə yoluxan” kimi dəyərləndirilmiş COVID-19 PZR test nəticəsi pozitiv olan şəxslər təşkil etməklə, xəstəliyə təkrar yoluxmuş şəxslər, eləcə də təsadüfi seçim əsasında populyasiya arasından COVID-19 PZR test nəticəsi pozitiv olan şəxslərin nümunələri tədqiq edilir.

Diqqətə çatdırılıb ki, bu günədək aparılmış çalışmada Omicron variantı ilə uyğun nəticələr aşkar edilməyib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA