Azərbaycanda qardaş bacıları tərəfindən baltalandı

Azərbaycanda qardaş bacıları tərəfindən baltalandı

Astara rayonunda iki bacı qardaşlarına balta ilə xəsarət yetirib.

"Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Təngərud kəndində qeydə alınıb.

Belə ki, ruhi xəstə olduqları deyilən Nargilə və Nadirə Qənbərova bacıları Rusiya Federasiyasının Dağıstan Respublikasından yenicə qayıdan qardaşları, 1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər.

Hər iki bacı subaydır və ata evlərində yaşayırlar. Hadisənin təfərrüatı hələlik məlum deyil.

Bildirilir ki, bacıların hücumu zamanı İ.Qənbərovun yatdığı ehtimal edilir. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA