Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB + VİDEO

Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB + VİDEO


Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən TTVXEBER.COM-a məlumat verilib.

15:06

Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hadisə Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında baş verib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

14:58

Bakı şəhərində yaşayış binalarından birində yanğın başlayıb.

TTVXEBER.COM-un məlumatına görə, hadisə Təbriz və Koroğlu Rəhimov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Həmin görüntüləri təqdim edirik:


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA