“Bayden Zelenskiyə deyib ki, Rusiya işğalı...” – ŞOK İDDİA

“Bayden Zelenskiyə deyib ki, Rusiya işğalı...” – ŞOK İDDİA


Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov ABŞ lideri Co Baydenin telefon danışığı zamanı ukraynalı həmkarı Vladimir Zelenskiyə “qaçılmaz Rusiya işğalı” barədə xəbərdarlığı haqda yayılan xəbəri təkzib edib.

TTVXEBER.COM Telegraf-a istinadən xəbər verir ki, o, liderlər arasında belə bir məsələnin müzakirə olunmadığını deyib.

“Sosial şəbəkələrdə Prezidentlər Vladimir Zelenski və Co Bayden arasında danışıqların məzmunu ilə bağlı Ukraynanın rəsmi nümayəndəsinə istinadən məlumat yayılıb. Bu məlumat tamamilə həqiqətə uyğun deyil”, – Nikiforov vurğulayıb.

Bundan əvvəl CNN müxbiri rəsmi Kiyevin adı açıqlanmayan nümayəndəsinə istinadla Tvitter hesabında ABŞ və Ukrayna liderləri arasında söhbətin təfərrüatlarını dərc edib. Onun sözlərinə görə, Bayden Zelenskiyə Rusiya işğalının tezliklə qaçınılmaz olacağını deyib. İddiaya görə, ABŞ prezidenti həmkarına Kiyevin Rusiya ordusu tərəfindən işğal olunacağı xəbərdarlığını da edib. Bundan sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn bu məlumatı təkzib edib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA