BMT: Yəməndə insanlar YARPAQ YEYİR - Sağ qalmağa...

BMT: Yəməndə insanlar YARPAQ YEYİR - Sağ qalmağa...


Yəməndə silahlı qarşıdurmalar və iqtisadi böhran səbəbindən aclıq ölkə üzrə yayılmağa başlayıb.

TTVXEBER.COM xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) məlumat yayıb.

Bildirilib ki, ölkənin şimal-qərbindəki Hacce kimi müharibədən ən çox əziyyət çəkən vilayətlərdə vəziyyət daha acınacaqlıdır. Burada insanlar ağac yarpaqları yeyərək sağ qalmağa çalışır.

Qeyd edək ki, (WFP) bir müddət öncə yaydığı açıqlamada maliyyə çatışmazlığı səbəbindən Yəmənə göndərilən humanitar yardımların azaldılacağı bildirilmişdi.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA