Burkina-Fasoda hərbçilər Prezident Rok Mark Kristian Kaboreni istefaya göndərərək hakimiyyəti ələ keçiriblər.
TTVXEBER.COM xəbər verir ki, 14 nəfərlik hərbçidən ibarət qrup dövlət televiziyası ilə efirə çıxıb və ölkədə hakimiyyətin “Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkat”a verildiyini bəyan edib.
Quruluşa polkovnik-leytenant Paul-Henri Sandaoqo Damiba rəhbərlik edir.
Hərbçilər konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, ölkənin quru və hava sərhədlərinin bağlandığını bəyan ediblər. (konkret.az)
|
|
SAYTDA REKLAM YERLƏŞDİR
|
|