“Çox qan töküləcək” Müdafiə Naziri

“Çox qan töküləcək” Müdafiə Naziri


Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Rusiya Ukraynaya hücum edərsə, bu Avropa üçün fəlakət olacaq.

TTVXEBER.COM xəbər verir ki, Reznikov BBC-yə müsahibəsində qeyd edib ki, bu hücumun qarşısı alınsa da, çoxlu qan töküləcək:

“Bu, Avropa üçün fəlakət olacaq. Axı bu müharibə təkcə Ukraynanın şərqində deyil. O, Avropanın şərqinə doğru gedir”.

Nazir bildirib ki, Ukrayna Rusiyanın işğalını cilovlaya biləcək, amma çox qan axacaq, xeyli sayda qaçqınlar olacaq.

“İndi hər şeyi sülh yolu ilə həll etmək vacibdir”, – Reznikov qeyd edib.
(konkret.az)


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA