Deputat oğlundan tarixə həqarət: Özünü elə yerə dürtdü ki... - FOTO

Deputat oğlundan tarixə həqarət: Özünü elə yerə dürtdü ki... - FOTO


Sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov rəzil hərəkətə yol verib.

TTVXEBER.COM xəbər verir ki, lent.az-ın məlumatına görə, o, "Instagram" hesabında Azərbaycanın görkəmli ədibləri, tarixi şəxsiyyətləriylə birgə fotosunu montaj edərək paylaşıb.

Məmmədov montaj edilmiş fotonun altından isə belə yazıb: “Yenə yığışmışdıq. Hüseyn Cavid, Abdulla Şaiq, Mikayıl Müşviq və digər ədəbiyyat dahiləri ilə”.

Bu həqarət isə çox təəssüf ki yüzlərlə şəxs bəyənib. Əslində, Aynarın bu hərəkətinə hüquqi qiymət vermək mümkün deyil. Amma bu adam unutmamalıdır, sən təfəkkürdə olan adam nəinki O DAHİLƏRLƏ Bir yerə yığışıb otura bilərdin, onların yanından belə keçməyin sənin üçün şərəf olardı.
Yeri gəlmişkən, şairin təxəllüsünü də düz yaza bilmir bu adam: Mikayıl Müşfiq, Müşviq yox!

Özünü isə şair-ədəbiyyatşünas Cabbar Əfəndizadənin yerinə dürtüb!!!

P.S.


Foto 1929-cu ildə Tiflisdə çəkilib.



Aynar Məmmədovun montaj elədiyi foto


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA