DSX-nin 3 hərbçisinin qətlində ittiham olunan MAXE HƏBS EDİLDİ - RƏSMİ

DSX-nin 3 hərbçisinin qətlində ittiham olunan MAXE HƏBS EDİLDİ - RƏSMİ

DSX
-nin hərbi qulluqçularını qətlə yetirən hərbçi barəsində həbs qətimkan tədbiri seçilib.

TTVXEBER.COM xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Xəbər verildiyi kimi, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürməsi faktına görə başlanmış cinayət işi üzrə Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır. Bu gün Elxan Əvəzliyə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham elan edilməklə Füzuli Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”,- məlumatda qeyd edilib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA