Qətlə yetirilən sərhədçilər dəfn edildi - FOTO

Qətlə yetirilən sərhədçilər dəfn edildi - FOTO

Yanvarın 2-də
 saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Əvəzli Elxan Məhəmməd oğlunun naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla qətlə yetirdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunun nəşi bu gün ailələrinə təhvil verilib.

TTVXEBER.COM xəbər verir ki, qətlə yetirilmiş sərhədçilər doğulduqları şəhər və rayonlarda dəfn ediliblər.

Qeyd edək ki, baş çavuş E.Əvəzli hadisədən sonra silahını ataraq hadisə yerindən qaçıb. Gecə saat 00:30 radələrində o, Laçın rayonu Malxələf kəndi ərazisində tutulub.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.



SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA