Erməni katalikosundan yeni savaş yolunda GİZLİ TOPLANTI: Qarabağa gələn şübhəli zəvvarlar KİMLƏRDİR?

Erməni katalikosundan yeni savaş yolunda GİZLİ TOPLANTI: Qarabağa gələn şübhəli zəvvarlar KİMLƏRDİR?


Erməni katalikosu 1-ci Aramın məktubundan xəbəriniz varmı? İblis tayfasının nümayəndəsi Ermənistanın “ordu günü”ndə utanıb-yerə girdiyindən İrəvandakı Erablur panteonuna belə, gedə bilməyən hərbçilərə xitabən “yeni müharibə” çağırışı eləyib. Qara keşiş “Erməni əsgərləri, yeni savaşa hazır olun! Biz müqəddəs savaşı davam etdirməliyik!”, yazıb.

Görürsünüzmü, bunların siması budur! Az qala bütün dünya yığışıb, 44 günlük məğlubiyyətdən sonra bunların ayağa qalxması, quyudan çıxmaları üçün çalışır, “din xadimi” isə çalışır ermənilərin kökünün birdəfəlik kəsilməsi üçün “yeni müharibə” çağırışı edir. 2020-ci ildən dərs çıxartmayıblar. O vaxt da hədəfləri “yeni ərazilər uğrunda, yeni müharibə” idi.

Əslində erməni xalqının fəlakətlərinin başında kilsənin dayandığı yeni məsələ deyil. Eçmiədzindən (Üçkilsə) başlamış, Qarabağdakı erməni kilsələrədək, bu, dinsizlərin mövcud olduğu yerlərdə hər zaman türkün qanını tökməyə, canını almağa çağırış olub. Azərbaycanın sülhpərvər, barışcıl din xadimlərindən, inanclı insanlarından fərqli olaraq, bunlar hər zaman terrora səsləyiblər. Şeyxülislamla Qaragenin görüşlərini unutmamışıq. Əslində ermənilərin katalikosu vaxtilə mötədil mövqe tutsaydı, Ermənistan hakimiyyətinə, cəmiyyətinə və ordusuna ciddi təsir imkanı olan kilsə bu qədər qanların tökülməsini əngəlləyə bilərdi, indi ermənilər Dron zərbəsindən tikə-parça olmuş hərbçilərini axtarmazdılar. Yadınızdadırmı, Sərkisyan, Köçəryanla birgə, erməni katalikosları da Qarabağa Ermənistandan çəkilmiş üçüncü yolun açılış mərasimində iştirak etmişdilər.



Axırı nə oldu?.. Azərbaycan ordusu düşməni darmadığın edəndən sonra Ali Baş Komandan İlham Əliyev şəxsən avtomobili həmin yolla idarə edərək “Kəlbəcərdən Basarkeçərə gedən bu yol da hərbi qənimətdir”, söylədi və bizi qürurlandırdı. Erməni kilsəsi bu savaşı tətikləməsə, “sizin Qarabağda nə ölümünüz var ki, hələ 3-cü yolu da tikirsiniz, a yolsuzlar”, deyib hakimiyyətə təpinsəydi, bu fəlakətlər baş verməzdi. Amma yox, onlar səf tutdular bu cinayətkarlarla yanbayan…Bütün bunlardan sonra yenə də dərs götürməyiblər, katalikos Aram aram-aram yenə də qana çağırır. Qana susayıb…

İnsafən, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra erməni katolikoslarının əl-ayağını bir yerə yığmağa çalışdı, az qala hər gün qara keşişlərə qarşı etirazları müşahidə etdik, kilsə ilə hakimiyyət arasında dərin uçurum yarandı. Səbəb o idi ki, daim Ermənistandakı hakimiyyətlərə təsir etmək imkanları qazanan bu iblislər Paşinyanla da eynilə davranmağa çalışırdılar. Müəyyən müddətdə səsləri alındı, amma 44 günlük müharibədə yenə də ortaya çıxdılar, hətta bir çoxları silahlanıb Qarabağa gəldi. Onlardan cəhənnəmə göndərilən də oldu, əsir götürülən, sonra göz yaşı tökən də. Müharibədən 13 ay keçməsinə baxmayaraq, hələ də meyitlərini Qarabağdan yığışdırıb apara bilməyiblər, 1709-cu cəsədin qalıqlarını Füzulidən tapdılar. Morqlar meyit qalıqları ilə dolu, hələ də 200-ədək əsgərdən xəbər tapa bilməyirlər, amma katalikos deyir “yeni müharibəyə hazır olun!”



Sonuncu dəfə ötən ilin noyabrında “yeni müharibə” cəhdi etdilər, burunları ovuldu, başladılar onun-bunun qapısını döyməyə, zəhləsini aparmağa. İndi yenə də…

Təsəvvür edin, qara keşişin “dünyanın ən güclü ordusu” adlandırdığı “ordu”nun hərbi texnikası, silah-sursatı, əsgərlərinin dəbilqələri Bakıda sərgilənir. Cəmi 44 günə sarsıdıcı zərbə alan erməni ordusuna məxsus hərbi texnikadan hətta Naxçıvandakı Əlahiddə Ordumuz da bəhrələnir. Üstəlik, katalikosun “güclü” dediyi “ordu” özünün 30 illiyini belə keçirə bilmədi 28 yanvarda. Ordu rəhbərliyi “karonavirus arayışı” aldılar ki, camaatın gözünə görünməsinlər, heç olmasa məhvə düçar etdikləri əsgərlərin qəbirlərini ziyarət etmədilər həmin gün. Ortaya çıxan iki cəllad oldu: Sərkisyan-Köçəryan cütlüyü, erməni katalikosları qədər ağır cinayətlər törətmiş bu yırtıcılar, yenə də sayıqladılar, “hər şey itirilməyib”, deyərək.



Bu, qara qarğa keçən il də Ermənistanı Putinə “yox” deməyə və üçtərəfli bəyanata məhəl qoymamağa çağırmışdı, “Ermənistan üçtərəfli Bəyannamədən imtina etməlidir”, demişdi.

Bütün bunlara “it hürər, karvan keçər” prizmasından yanaşmamalıyıq. Ermənistandakı bu cür meyllər bizə kifayət qədər əsas verir ki, revanşistləri ifşa edək bütün dünyada, həmçinin ermənilərin halına yananların diqqətini cəlb edək belə çağırışlara. Unutmayaq, müharibə bitməyib, informasiya savaşı isə əbədi davam edəcək! Ermənilər Azərbaycandakı çıxışları sözbəsöz izləyirlər, bizə qarşı istifadə üçün bəhanə gəzirlər. İndi erməni katalikosların savaş çağırışlarını Qarabağdakı alban kilsələrini erməniləşdirən düşmənin halına acıyanların, Bakıya təzyiq etmək istəyənlərin gözünə soxmaq lazımdır.

Ən əsası: katalikosun bu çağırışı Azərbaycana daha bir əsas yaradır. Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağa vaxtaşırı “zəvvarlar” qrupu daşınır. Onların geri qayıtdığı barədə xəbərdən çox, gəldiklərini oxuyuruq. İstisna etmək olmaz ki, bu, “zəvvar” qiyafəlilər elə terrorçulardır, qatillərdir, maşın-maşın daşınır, Qarabağda yerləşdirilir, katalikosun elan etdiyi “yeni müharibə”yə hazırlıq görülür. Yetər artıq, ermənilərin dinə, Allaha nə qədər “bağlı” olduğunu elə yaxın tariximizdə gördük, körpələrimizi belə qətlə yetirdilər, Allahın qoyduğu bütün qadağalara qarşı getdilər, insanlıqla bir araya sığmayan cinayətlər törətdilər, Allahın evlərini dağıtdılar, azı 67-sini! Belələrinə ibadət də haramdır, xüsusilə də Azərbaycan torpaqlarında! Nə vaxt Azərbaycanlı zəvvarlara, Qərbi Azərbaycandan qaçqın düşmüş insanlarımıza Zəngəzurda, Göyçədə…ibadət imkanı yaradılar, o halda erməni “zəvvarlar” da Qarabağ gələr, Bakının icazəsi ilə…

İndiki halda “zəvvar” adı ilə torpaqlarımıza gələnlərin ayağını birdəfəlik kəsmək lazımdır, bu haqda sülhməramlıları da xəbərdar etmək. Səbəbini 1-ci Aramdan soruşsunlar…
Elşad Paşasoy

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA