Ermənilərdən sensasion İDDİA: "Ermənistanda çoxlu sayda azərbaycanlı yaşayır"

Ermənilərdən sensasion İDDİA: "Ermənistanda çoxlu sayda azərbaycanlı yaşayır"


Ermənistan əhalisi arasında və sosial şəbəkələrdə şayiələr yayılıb.

TTVXEBER.COM erməni mediasına istinadla xəbər verir ki, ermənilərin iddiasına görə, Ermənistanda ad-soyadını dəyişib “erməniləşmiş” azərbaycanlılar yaşayır.

“Birinci Qarabağ müharibəsi zamanı və müharibədən əvvəl, hətta Ermənistan ərazisində yaşayan azərbaycalıların zorla qovulduğu vaxtlarda çoxlu azərbaycanlı getməmiş, qalmış, soyadlarını dəyişərək yerli əhaliyə qarışmışlar. Yəni “erməni” olublar, onlar erməniləri gözəl tanıyır və bizim bütün adətlərimizi yaxşı bilirlər, indi də orada yaşayırlar. Hər şey yaxşı görünürdü, qorxulu heç nə yoxdu, amma onlar öz qohumları ilə əlaqə saxladılar və indi də əlaqə saxlayırlar, əlbəttə ki, onlar Azərbaycanın tərəfindədirlər. Onların Ermənistanda nə və necə baş verdiyini söylədiyini təxmin etmək çətin deyil və əminik ki, Azərbaycanın xüsusi xidmət orqanları birbaşa Ermənistandan məlumat almaq üçün onlarla işləyir”, – şaiyələrdə deyilir.

Daha sonra “ermənilər”in anti-erməni təbliğatı apardıqlarını və guya erməniləri bir-birinə “qırdırmağa” çalışdıqlarını yazıblar.

“Onlar anti-erməni təbliğatı apardıqları üçün uzun illər sosial şəbəkələrdə fəallıq nümayiş etdirirlər. “Ermənilər” söhbətə qarışacaq və iştirakçılar arasında nifaq salmağa çalışacaqlar. Yəni ermənilərin arasında nifaq salmağa çalışırlar ki, biz bir-birimizə nifrət etməyə başlayaq, bir-birimizi söyək, parçalanaq. Onlar təlim keçmiş və peşəkardırlar, məqsədləri bizi məhv etməkdir”.

Ermənilər bu söz-söhbətin doğru olub-olmadığını dəqiq bilmıəsələr də, artıq “kürklərinə birə düşüb”.

“Bu barədə dünən mənə İrəvandan bir qohum dedi, bu söz-söhbətlər artıq əhali arasında dolaşır.
Ona görə də biz tg-kanal sahibləri və çat adminləri bunları dayandırmalı və belə insanları aşkarlamalıyıq. Bu çox ciddi mövzudur, nə qədər olduğunu bilmirsiniz. Onları ancaq öz davranışları ilə hesablamaq olar, məsələn, ermənilər arasında dialoq olanda, normal dialoq olanda, harda birləşmək çağırışları olanda, millətin xeyrinə hansısa ideya müzakirə olunanda, ora girərlər və dialoqun istiqamətini elə dəyişərlər ki, iştirakçılar nə müzakirə etdiklərini unudub artıq bir-birləri arasında mübahisə etməyə başlayırlar. Yəni bunun qarşısını almaq asan deyil, belə incə məqamları başa düşmək üçün yəqin ki, psixoloq olmalısan”, – sosial şəbəkələr təlaşlanıblar.
(konkret.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA