Fikir verməyin, bu qız rəsmən dəlidir - Brilliant Dadaşova

Fikir verməyin, bu qız rəsmən dəlidir - Brilliant Dadaşova


Xalq artisti Brilliant Dadaşova növbəti şeiri ilə gündəm yaradıb.


TTVXEBER.COM xəbər verir ki, şeirini fotosunun üzərinə yazan sənətçi bu dəfə də sərt ismarışlar yollayıb.

Xalq artisti insanların sədaqətsizliyindən gileylənib:

“Çalışdım ki, düzgün olsun, yaxşı olmadı.

Yaxşı olmağa çalışdım, düzgünlük qalmadı.

Yaxşı ki, musiqi, şeir var, ürəklərdə yalan alov, köz var.

Nə sirlər daşıyır insan xisləti, itməz ümidləri, bitməz niyyəti.

Yaradan bəxş edib seçim imkanı, sınayır imtahan edir insanı.

O isə güvənib dünya malına, hiyləyə əl atır, seçir ədavəti.

Kimisi naməlum yollara düşüb, gəzir kainatda əbədiyyəti.

Fikir verməyin, bu qız rəsmən dəlidir.

Düzgünlük axtarır, çox gülməlidir.

Həqiqət sözünü kim icad edib?

Çoxdan alıb başını dünyadan gedib.”

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA