Goranboyda ağır yol qəzasında ölənlərin sayı artıb – YENİLƏNİB/FOTO

Goranboyda ağır yol qəzasında ölənlərin sayı artıb – YENİLƏNİB/FOTO


Goranboy
da avtomobil qəzasında ölənlərin sayı artıb.

TTVXEBER.COM xəbər verir ki, hadisə zamanı xəsarət alanlardan Əliyeva Dilarə (1972) yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

13:45

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

İki avtomobilin toqquşması zamanı 1969-cu il təvəllüdlü Aybəniz Tanrıveridyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva ölüb.

Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.






SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA