Görünməz virus: Omikron ikiləşdi - Hücum nə vaxt səngiyəcək?

Görünməz virus: Omikron ikiləşdi - Hücum nə vaxt səngiyəcək?


Omikronun yeni əlavə şaxəsi hesab edilən BA.2 artıq dünyanın 40 ölkəsində yayılıb. Yeni şaxənin daha çox mutasiyası var. Bir sözlə, Omikron sanki bölünüb, ikiləşib. Klassik Cənubi Afrika omikronundan fərqli olaraq, BA.2 ilk dəfə dekabrda aşkarlanıb.

TTVXEBER.COM medicina.az-a istinadən bildirir ki, alimlər Omikronun ikiləşməsinin virusun yayılmasını və xəstəliyi identifikasiya etməyi çətinləşdirdiyini bildirir.

PZR testlər virusun S zülalını ayırd edə bilmir, ona görə də hazırda nə qədər insanın Omikrona, nə qədərin hələ də Deltaya yoluxmasını heç kim bilmir. Təxmini olaraq yoluxanların 60%-nin Omikron, 40%-nin Delta olması bölünür.
Bu məsələ ABŞ və Britaniya mətbuatının əlinə fürsət verdi. Onlar Omikronu və onun yeni qolunu Görünməz virus adlandırdılar.

Yanvar ayında Omikronun yeni qolu Çində də təsbit edilib. Yeni variant artıq dünyanı gəzməyə çıxıb.

Hazırda kütləvi çıxışa 7000 genom açıqdır. Hindistanda da dövr edən ata Omikron yox, bala Omikrondur.

Bu genomun yayıldığı ölkələrin cədvəlini təqdim edirik. Beləliklə, Omikronun bir yox, 3 variantının olduğu dəqiqdir.

İsrailli alim Şay Fleyşon hesab edir ki, BA.2 daha sürətli yoluxdurucudur. Lakin immunitetin ona necə reaksiya göstərməsi hələ məlum deyil.

Ona görə də Omikron özü şaxələndiksə, yeni qolların fevral ayında daha pik yoluxmaya səbəb olacağını proqnozlaşdırırlar. Aprelə doğru hücum səngiyəcək. Hər şey insanların kütləvi immunitetinin nə səviyyədə olmasından asılı olacaq.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA