Himba qəbiləsinin qəribə ənənəsi – Qadınları hamilə qalmaq üçün...

Himba qəbiləsinin qəribə ənənəsi – Qadınları hamilə qalmaq üçün...


Qəbilələrin ritualları həmişə diqqəti çəkir. Amma bu qəbilələrin bəzilərinin elə adət-ənənələri var ki, hamını təəccübləndirir. Belə qəbilələrdən biri də Himbadır. Namibiya qəbiləsinin qadınlarının hamilə qalmaq üçün həyata keçirdikləri ritaual diqqəti çəkir.

TTVXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, hamilə qalmaq istəyən qadın qəbilənin müqəddəs saydığı ağacın altında oturub mahnı zümzümə edir.

Bundan sonra mahnını uşağın gələcək atası və digər qəbilə üzvləri ilə bölüşür.

Mahnının üzə çıxdığı gün körpənin ad günü elan edilir. Körpə bu mahnı ilə doğulur.

Uşaqların gələcək uğurları da bu mahnı ilə qeyd olunur. Ağlayanda belə bu mahnı ilə təsəlli edilir, sakitləşdirilir. Bütün qəbilə adamları uşağa sonradan cinayət törətsə onu cəzalandırmaq əvəzinə, öz mahnısını oxumaqla onun kim olduğunu xatırladırlar.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA