Həmişəki kimi Qazaxıstanın yanındayıq - AKAR

Həmişəki kimi Qazaxıstanın yanındayıq - AKAR

“İnanırıq ki, Qazaxıstan, oradakı qardaşlarımız öz imkanları və qabiliyyətləri ilə bütün çətinliklərin öhdəsindən gələcək”.

TTVXEBER.COM-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar media təmsilçiləri ilə görüşündə Qazaxıstandakı vəziyyətlə bağlı sualı cavablandırarkən bildirib.

“Dostumuz Qazaxıstanla tarixi mədəni əlaqələrimiz, hərbi və təhsil sahəsində əməkdaşlığımız da daxil olmaqla müsbət münasibətlərimiz var. Əməkdaşlığımız davam edir. Biz son hadisələri yaxından izləyirik. Qazaxıstan bizim mühüm müttəfiqimizdir. Qazaxıstanda sülh və əmin-amanlığın bərpası vacibdir. İnanırıq ki, Qazaxıstan, oradakı qardaşlarımız öz imkanları və qabiliyyətləri ilə bütün çətinliklərin öhdəsindən gələcək. Biz həmişə olduğu kimi bu gün də Qazaxıstanın yanındayıq.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA