Hər 12 saniyədə 1 adam öldürür - ÜST-dən XƏBƏRDARLIQ

Hər 12 saniyədə 1 adam öldürür - ÜST-dən XƏBƏRDARLIQ


Ümumdünya Səhiyyə Təşkilatı
nın baş direktoru Tedros Adanom Qebreyesusun sözlərinə görə, keçən həftə hər 3 saniyədən bir 100 insanın koronavirusa yoluxması və hər 12 saniyədə bir nəfərin sözügedən xəstəlikdən həyatını itirməsi qeydə alınıb.

TTVXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, baş direktor xəbərdarlıq edib ki, "Omikron" ştammının sonuncu variant olduğunu söyləmək və pandemiyanın sona çatdığını güman etmək təhlükəlidir.

“Əksinə, qlobal şərait daha çox variantın ortaya çıxmasına imkan verir”, - ÜST-ün baş direktoru deyib.

ÜST-ə üzv ölkələrə müraciət edən Dr. Tedros ehtiyat tədbirlərin davam etdirilməli olduğunu bir daha xatırladıb.

“Pandemiyanın 2 ili ərzində 5,5 milyondan çox insan həyatını itirib və 350 milyon yoluxma qeydə alınıb, lakin bu rəqəmlər real rəqəmlərdən aşağıdır.

COVİD ilə yaşamağı öyrənmək o demək deyil ki, biz virusun yayılmasına icazə verəcəyik. Bu, o demək deyil ki, qarşısı alına bilən və müalicə oluna bilən xəstəlikdən hər həftə 50.000 ölümü qəbul etməliyik. Yorğun tibb işçilərinin və səhiyyə sistemlərinin üzərindəki yükü qəbul etmək fikrində deyilik”, - deyə o vurğulayıb.
(Publika.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA