Hərbçimiz Kəlbəcərdə minaya düşüb - RƏSMİ

Hərbçimiz Kəlbəcərdə minaya düşüb - RƏSMİ

Azərbaycan ordusunun əsgəri mina partlayışı nəticəsində xəsarət alıb.

Yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA