"İlk toqquşma göstərdi ki, Qazaxıstan ordusu sıfra bərabərdir, Azərbaycan ordusu isə..."

"İlk toqquşma göstərdi ki, Qazaxıstan ordusu sıfra bərabərdir, Azərbaycan ordusu isə..."

Reallıqla ilk toqquşma – hələ heç bir müharibə olmadan – açıq-aydın göstərdi ki, Qazaxıstan ordusunun faktiki reytinqi sıfra bərabərdir.

TTVXEBER.COM xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

“Amma yada salaq, Qazaxıstan Silahlı Qüvvələrinin paradları nə qədər gözəl idi! Onların hərbi paradları həqiqətən də möhtəşəm idi. Reallıqda isə Mərkəzi Asiyada “minus bir ordu” olduğunun şahidi olduq. Bunu düşmənlərimiz də görür”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bununla da Azərbaycan Ordusunun postsovet və Avrasiya məkanının real reytinqində “Bir nömrə” olduğunu hamı anlamış oldu:

“Beynəlxalq reytinqdə (Military Strength Ranking) 2021-ci il üçün Azərbaycan Ordusu Qazaxıstandan iki pillə aşağıda qərarlaşıb: müvafiq olaraq 63 və 61 yerlər. Reallıqda isə tamamilə fərqlidir”, – deyə Trofimçuk bildirib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA