İranda sərnişin təyyarəsi qəza enişi etdi - Xəsarət alanlar var - VİDEO

İranda sərnişin təyyarəsi qəza enişi etdi - Xəsarət alanlar var - VİDEO

İsfahan hava limanında sərnişin təyyarəsi qəza enişi edib, 9 nəfər xəsarət alıb.

TTVXEBER.COM İran mediasına istinadla xəbər verir ki, Məşhəd şəhərindən İsfahana uçan “Caspian” aviasiya şirkətinə məxsus 737 saylı uçuşla sərnişin təyyarəsi qəza enişi edib.

İsfahan vilayətinin Fövqəladə Hallar İdarəsinin sözçüsü Abbas Abidi bildirib ki, hadisə yanvarın 5-i yerli vaxtla saat 17:03 radələrində təyyarə İsfahan hava limanına eniş edərkən baş verib.

“Göyərtəsində 110 sərnişini olan təyyarə eniş zamanı sol təkərində texniki nasazlıq yarandığından təyyarə eniş zolağından çıxaraq dayanıb.

Hadisə nəticəsində həyəcan keçirərək şoka düşən sərnişinlər müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralıların sayı 9 nəfərdir. Onlardan 6-sı xəstəxanaya çatdırılıb, 3-ü isə ambulator müalicə alıb.

Hazırda qəzanın səbəbləri araşdırılır”, – Abbas Abidi bildirib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA