İsraildə eynicinslilər uşaq sahibi ola biləcəklər

İsraildə eynicinslilər uşaq sahibi ola biləcəklər

İsraildə eynicinsli cütlüklər artıq surroqat analıq yolu ilə uşaq sahibi ola biləcəklər.

TTVXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, müvafiq qaydalar yanvarın 11-dən etibarən qüvvəyə minəcək.

İsrailin səhiyyə naziri Nitzan Horovitz yeni tənzimləmələri şərh edərkən bildirib ki, ölkədəki LGBT icmasının uzunmüddətli mübarizəsinin məqsədi qanun qarşısında və valideynlikdə bərabərlikdir.

Nazirin sözlərinə görə, qanuna edilən dəyişikliklər subay kişilərə və transgenderlərə də şamil olunacaq.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA