İşsizlər sığorta ödənişini bu müddətdə alacaq - Prezident dəyişilkliyi TƏSDİQLƏDİ

İşsizlər sığorta ödənişini bu müddətdə alacaq - Prezident dəyişilkliyi TƏSDİQLƏDİ


Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.


 TTVXEBER.COM
  xəbər verir ki, Qanunun 2.0.6-cı maddədə “hal” sözü “nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları” sözləri ilə əvəz edilib. 13.2.1-ci və 13.2.2-ci maddələrdə “işsizliyin başlanmasından” sözləri “sığorta hadisəsinin baş verdiyi tarixdən” sözləri ilə əvəz edilib.

Belə ki, əmək müqaviləsinin müddəti qurtardıqda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 30 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər qanunda nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində sığorta haqqı alacaqlar.

Sığorta ödənişi almış şəxsə qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 30 ay sığorta stajı tələb olunur.

14.2-ci maddədən isə “Məşğulluq haqqında” qanun ilə müəyyən olunmuş qaydada” sözləri çıxarılıb və həmin maddədə hər iki halda “işsiz kimi qeydiyyata alınmasından” sözləri “sığorta hadisəsinin baş verdiyi tarixdən” sözləri ilə əvəz edilib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA