Kadırov keçmiş hakimin ARVADINI OĞURLATDIRDI

Kadırov keçmiş hakimin ARVADINI OĞURLATDIRDI


Rusiyada bu ilin yanvar ayının 20-də ağlasığmaz hadisə baş verib.

TTVXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, silahlı adamlar Nijni-Novqorod şəhərində Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi, Ramzan Kadırovun düşməni Saydi Yanqulbayevin evinə soxularaq, onun arvadını oğurlayıb aparıblar.

Silahlı şəxslər guya əllərində hansısa sənəd göstərərək, Rusiya Daxili İşlər Nazirliyinin Qroznı şəhər idarəsinin sərəncamı ilə gəldiklərini bildiriblər. Onların hədəfi əslində Saydi Yanqulbayev olub.

Sənədin saxtalığını təsbit edən keçmiş hakim həmin adamları evə buraxmaq istəməyib. Bu zaman silahlı şəxslər evə zorla soxularaq gözünün önündə arvadı Zarema Musayevanı döyüb, daha sonra evdən çıxarıblar. Saydi Yanqulbayevin toxunulmazlığa malik olması onu eyni aqibətdən xilas edib.

Hadisəyə münasibət bildirən Ramzan Kadırov Teleqram kanalında bunları yazıb:

“Nə olursa olsun, bildirirəm ki, bu ailəni ya həbsxana, ya da yeraltı gözləyir. Və bu artıq məndən asılı deyil. Mən cəmiyyətdəki əhval-ruhiyyəni bilirəm. Nə qədər ki heç olmasa bir çeçen sağdır, bu ailənin üzvləri daha sərbəst həyatdan həzz ala bilməyəcəklər. Bunu həmişə xatırlayın, Yanqulbayevlər”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA