Keçmiş məhkum Neftçalada marketi dağıtdı - ANBAAN VİDEO

Keçmiş məhkum Neftçalada marketi dağıtdı - ANBAAN VİDEO


Neftçala rayonunda sərxoş şəxs marketə hücum edib.

TTVXEBER.COM xəbər verir ki, marketə daxil olan şəxs 300 manat tələb edib. Mağaza işçiləri pulu vermədiyi üçün müştəri əlindəki dəmir parçası ilə vitrinləri dağıdıb. Mağaza sahibi 5 min manatdan çox ziyan dəydiyini deyib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, hadisəni törədən şəxs saxlanılıb.

“Görüntülərdən xəbərdarıq. Hadisə Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədilib. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir”.

Hadisənin görüntülərini təqdim edirik:

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA