Əkiz uşaqlar ayrı-ayrı illərdə doğuldu - İnanılmaz HADİSƏ

Əkiz uşaqlar ayrı-ayrı illərdə doğuldu - İnanılmaz HADİSƏ

ABŞ-da doğum edən ananın əkizlərindən biri 2021-ci ildə, digər körpəsi isə 2022-ci ilin ilk dəqiqələrində, 15 dəqiqə gecikmə ilə dünyaya gəlib.


TTVXEBER.COM xəbər verir ki, uşaqlar ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində doğulub.

Fatima Madriqal və Robert Trujillo əkiz körpələrinə qovuşmaq üçün Yeni il ərəfəsində Montereydəki Natividad Sağlamlıq Mərkəzinə gediblər.

Fatima Madriqalın əkizlərindən biri Alfredo Antonio Trujillo dekabrın 31-i saat 23:45-də dünyaya gəlib. Lakin Alfredonun əkiz bacısı Aylin Yolanda Trujillo 00:00-dan sonra dünyaya gələrək ailəsini və qardaşını təəccübləndirib.

Ana Madriqal körpələri haqqında verdiyi açıqlamada, “Bu mənim üçün çox qəribə hadisə oldu. Onlar əkizdir, lakin ad günləri fərqlidir. Qızımın gecə yarısı dünyaya gəlməsi məni çox təəccübləndirdi və çox sevindirdi”.

Tibb mərkəzinin ailə həkimi Ana Abril Arias əkizlərin dünyaya gəlməsini karyerasının “ən yaddaqalan” hadisələrindən biri adlandırıb.

Aylinin 2 kiloqram 14 qram, əkiz qardaşı Alfredonun isə 2 kiloqram 700 qram doğulduğu bildirilir.

Qeyd olunur ki, bu cür doğuş 2 milyonda bir görülə bilər.
Sfera.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA