KTMT kontingenti Qazaxıstanda həmişəlik qalsın - Rusiyadan TƏKLİF

KTMT kontingenti Qazaxıstanda həmişəlik qalsın - Rusiyadan TƏKLİF


“Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının həmsədri Sergey Mironov Qazaxıstanda KTMT sülhməramlı kontingentinin daimi əsasda fəaliyyət göstərməsini təklif edib.

“KTMT qüvvələri Qazaxıstanda ekstremizmə qarşı mübarizə sisteminin, o cümlədən rusdilli əhalinin müdafiəsi sisteminin formalaşdırılması üçün əsas ola bilər. Təklif edirəm ki, KTMT hərbçilərinin respublikada daimi qalması məsələsinə baxılsın. Bu, gələcək illər üçün sülh və əmin-amanlığın təminatıdır”, – deyə Mironov bəyan edib.

Yanvarın 5-də Qazaxıstanda baş verən iğtişaşlar fonunda ölkə prezidenti Kasım-Jomart Tokayev KTMT dövlət başçılarına müraciət edərək, Qazaxıstana “terror təhlükəsini” aradan qaldırmaqda köməklik göstərməyi xahiş edib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA