“Lotu Quli”nin güllələnən yaxın adamı öldü - VİDEO

“Lotu Quli”nin güllələnən yaxın adamı öldü - VİDEO


Keçən ay Gürcüstanın Qardabani rayonunda güllələnən kriminal avtoritet ölüb.

TTVXEBER.COM Manset.az-a istinadən xəbər verir ki, Türkiyədə qətlə yetirilən qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamlarından hesab olunan "Təhləli Canpolad" həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, keçən ilin dekabr ayında kriminal aləmdə "Təhləli Canpolad" kimi tanınan şəxs “Range Rover” markalı avtomobillə gedərkən ona 20-dən artıq atəş açılıb. Bu zaman avtomobildə olan kriminal avtoritet ağır yaralanıb.

Yaralı təcili tibbi yardım briqadası tərəfindən Rustavi Mərkəzi Xəstəxanasına çatdırılaraq, təcili əməliyyat olunmuşdu. Həkimlər onun vəziyyətini ağır qiymətəndirirdi.

Gürcüstan Daxili İşlər Nazirliyindən faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlamışdı.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA