“Müsəlmanlar yer üzündən yox edilməlidir, çünki…” - Skandal çağırış

“Müsəlmanlar yer üzündən yox edilməlidir, çünki…” - Skandal çağırış

Hindistanda hakim radikal partiya - BJP-nin rəhbərlik etdiyi hind qruplaşmaları tərəfindən qeyri-hindlilərə qarşı zorakılıq çağırışları artmaqda davam edir.


TTVXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, Hindistanın 220 milyondan çox əhalisi olan və 60 milyondan çox müsəlmanın yaşadığı ən böyük ştatı Uttar Pradeşdə bir Hindutva liderinin “müsəlmanlar və xristianların dünyadan yox edilməsi” çağırışı reaksiya doğurub.

O, çıxışında deyib:

“Təhlükə kommunist ideologiyasından, məscidlərdən, mədrəsələrdən, kilsələrdən gəlir. Təhlükə müsəlmanların bayramlarını, Yeni ili, Şaxta babanın gəlişini qeyd edənlərdən gəlir.

İslam tez təsir edən, xristianlıq isə yavaş təsir edən zəhərdir. İslam yer üzündən silinməlidir. Xristianlar da yer üzündən silinməlidir. Çünki onlar bizim qardaşlarımızı öz dinlərinə cəlb edirlər. Ölkəmizdə bunun baş verməsinə imkan verməyəcəyik. Onlar bunu heç kimə edə bilməyəcəklər”.

1.4 milyard əhalisi olan Hindistanda 300 milyon müsəlman və 30 milyon xristianın yaşadığı təxmin edilir. Hindistan dünyada ən çox müsəlman əhalisi olan ölkə kimi tanınır.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA