Nazilə Səfərli Xoşqədəm haqda: "Zəif nöqtəsindən istifadə etmədim"

Nazilə Səfərli Xoşqədəm haqda: "Zəif nöqtəsindən istifadə etmədim"

Şairə Nazilə Səfərli aparıcı Ülvira Qarayevanın “Astar” verilişində qonaq olub.

TTVXEBER.COM xəbər verir ki, Nazilə Səfərli meyxanaçı Ağakərimin onu evinə buraxmamasından və Xoşqədəm Hidayətqızı ilə baş verən qalmaqalından söhbət açıb.

“Ağakərimin oğlunun nömrəsini bilməyə bilərəm. Getməmişdən öncə dostu Ağamirzə ilə danışmışdım. Ağakərimin evdə çəkilmiş videosundan sonra özümə borc bildim ki, ona əlimdən gələni edim. Bibisi oğlu yanımda Ağakərimin oğluna zəng etdi və dedi ki, Nazilə xanım gəlib. O da cavab verdi ki, çəkilişlə gəlib, olmaz və telefonu söndürdü. Çəkiliş edəcəyimi düşünərək məni qapıdan içəri buraxmadılar.

Buraxma, amma birinə icazə verirsən, birinə yox. Sən bir sənətkar ailəsisən. Yaxşı, mən çəkiliş edirəm, məndən sonra gələn Zaur Kamala niyə icazə verdin?”, – deyə şairə məsələyə münasibət bildirib.

Nazilə Səfərli Xoşədəm Hidayətqızı ilə yaşadığı qalmaqalın çox əyləncəli olduğunu deyib:

“Mənə hansısa insan sataşmayıb ki…Sağ olsun, şərəf verib. Xoşqədəm böyük “skandal”çı kimi heç nədən qaçmayan insan olaraq mükəmməldir. Siz onu balaca görməyin, balaca deyil. Meydanına çağırdı, çıxdıq, sözümüzü dedik. Bir az da əyləndik və sağollaşdıq. Bu gün ona pis gün arzulamaram. Onun da zəif nöqtəsi çoxdur. O da mənə minnətdar olmalıdır ki, zəif nöqtəsindən istifadə etmədim”.
(konkret.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA